Lionel Messi: “Bavariya” bizdən daha güclü idi
24.04.2013 - 03:15
Lionel Messi: “Bavariya” bizdən daha güclü idi
“Onlar bizdən daha güclü, həmçinin də gözə çarpan fiziki üstünlüyə malik idilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın hücumçusu Lionel Messi deyib.

Argentinalı futbolçu Çempionlar Liqasının ilk yarımfinal oyun günüdə səfərdə “Bavariya”ya (4:0) böyük hesablı məğlubiyyəti dəyərləndirib: “Təəssüf ki, belə oldu, amma bizə sona qədər mübarizə aparmaq lazımdır. Mənim fiziki vəziyyətim yaxşıdır və özünü normal hiss edirəm. Meydanda kifayət qədər yaxşı idik. İndi bizə cavab matçında əla oyun nümayiş etdirib, lazım olan hesabı qazanmaq gərəkdir. Biz çempion olmalıyıq”.