“Barselona”nın uğursuz gecələrindən biri
24.04.2013 - 03:42
Çempionlar Liqasının yarımfinalının ilk oyun günüdə “Bavariya”ya 4:0 hesabı ilə uduzan “Barselona” Avropanın ən titullu klub turnirinin bu mərhələsində tarixinin ən böyük hesablı məğlubiyyəti ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 1992-ci ildən Çempionlar Liqası adı altında keçirilən turnirdə 2 dəfə 4:0 hesabı ilə uduzub.
İlk dəfə 1994-cü ildə bu turnirin finalında “Milan”a, ikinci dəfə isə 1997-1998 mövsümünün qrup oyunlarında Kiyev “Dinamo”suna məğlub olub.
Qeyd edək ki, bu Çempionlar Liqasının yarımfinal mərhələsinin 12-ci dəfə böyük hesablı nəticəsidir. Yəni qələbə qazana komanda rəqibinin qapısından 3-dən çox top vurub.

0
0