Müller “Nou Kamp”dakı atmosferdən çəkinmir
24.04.2013 - 04:41
“Mən komandamın qələbəsi üçün öz töhfələrimi verməyi bacardım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bavariya”nın yarımmüdafiəçi Tomas Müller deyib.
23 yaşlı futbolçu Çempionlar Liqasının yarımfinalının ilk oyun günüdə “Barselona” (4:0) üzərində qazanılan böyük hesablı qələbəyə şərh verib: “Buna nail olmaq üçün çox istəkli idik. İşlərin bu şəkildə gedəcəyini təxmin etmirdim. Meydanda vəzifəmi yerinə yetirmək üçün dayanmadan qaçırdım. “Nou Kamp”ın atmosferi haqqında bir çox söz-söhbətlər var və insanlara bunun bizə təsir etməyəcəyini göstərəcəyik”.
Qeyd edək ki, Müller matçın 25 və 82-ci dəqiqələrində fərqlənib.

0
0