“Sona qədər mübarizə aparmalıyıq”
24.04.2013 - 05:21
“Bavariya”nı qələbə münasibəti ilə təbrik etmək lazımdır. Onlar həqiqətən çox güclü idilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın məşqçisi Jordi Roura deyib.
Baş məşqçi Tito Vilanovanın köməkçisi Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyun günüdə “Bavariya”ya 4:0 hesablı məğlubiyyəti dəyərləndirib: “Demirəm ki, birinci hissə bizim üçün uğursuz oldu, amma ikinci yarının əvvəlində yenidən qol buraxdıq və bu da vəziyyəti ciddi çətinləşdirdi. Onlar fiziki cəhətdən çox yaxşı hazırlaşmışdırlar. Biz rəqibin hücumları qarşısında çətinlik çəkirdik. Buna bir daha diqqət etmək lazımdır. Vəziyyət indi son dərəcə mürəkkəbdir. Amma biz “Barselona”yıq və sona qədər mübarizə aparmalıyıq. Cavab görüşündə də “Bavariya”ya qalib gəlməyə çalışmalıyıq. Hər şeyi bunun üçün edək”.

0
0