Tofiq Bəhramovun soyadındakı səhv – FOTO
24.04.2013 - 09:05
Aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda “Atletiko”nun futbolçuları “All Star of Azerbaijan”la yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, haqqında söhbət gedən qarşılaşmanın biletləri artıq satışa çıxarılmaq üzrədir.
Biletləri sabahdan etibarən 28 Mall, Park Bulvar, Metro Park ticarət mərkəzlərindən və stadionun kassalarından əldə etmək olar. Qiymətlərə gəldikdə, bu rəqəm sektor, sıra və yerdən asılı olaraq 2 manatdan 50 manat arasında dəyişir.
Üstəlik, oyundan əvvəl və sonra azarkeşlərin və futbol həvəskarlarının diqqətinə möhtəşəm konsert proqramı təqdim olunacaq. Ancaq hələ biletlər satışa çıxmazdan öncə onların üzərindəki kobud səhv diqqəti cəlb edir.
Belə ki, ünlü futbol hakimimizin soyadının “Bəhramov” yox, “Bəhrəmov” kimi göstərilməsi vurğulanmalıdır. Böyük ehtimalla, artıq biletləri dəyişmək mümkün olmayacaq və bu səhv səhv kimi də qalacaq.

0
0