“Lənkəranda yağış yağsa da, meydança yaxşı vəziyyətdədir”
24.04.2013 - 10:08
“Yağan güclü yağış bu günə nəzərdə tutulan kubok matçlarını təxirə salmayacaq. Mən Lənkəran şəhər mərkəzi stadionunun direktoru ilə danışmışam. Orda hazırda qazon yaxşı vəziyyətdədir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının Texniki-İdman şöbəsinin rəisi Məlik Həsənov deyib.
Ötən gün axşamdan ölkə ərazisində yağan güclü yağış Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları öncəsi davam edir.
“Xəzər Lənkəran”la “Bakı”nın bunadək elə Lənkəranda – 2009/10 mövsümünün ilk dövrəsində çempionatda oyunu hava şəraitinə görə təxirə salınmışdı. Ancaq Məlikovun sözlərinə görə, hazırda narahatçılığa əsas yoxdur: “Mən belə vəziyyətlərdə işimi möhkəm tutaraq, ilk növbədə stadion rəhbərliyi ilə danışıram. Lənkərandan aldığım məlumata görə, orda Bakıdakı kimi gecə güclü yağış olmayıb. Hazırda Lənkəranda az yağış yağır və meydança oyuna yararlıdır. İndi stadionlarımız daha da müasirləşib və drenaj sistemi yaxşı vəziyyətdədir. Bu, yenidənqurma işləri görülən Tofiq Bəhramov adına Respublika stadionunda özünü daha yaxşı göstərdiyindən, orda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun baş tutmağında problem yoxdur. Bir də ki Avropada məgər yağışda oynamırlar? Orda hətta qarda da meydana çıxırlar”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Bakı” matçı saat 19:00-da, “Qarabağ” – “Neftçi” oyunu 21:00-da başlayacaq.
Mehman SÜLEYMANOV

0
0