Azərbaycan – Avropa oyununa giriş dəvətnamə ilə olacaq
24.04.2013 - 10:53
Azərbaycan – Avropa oyununa giriş dəvətnamə ilə olacaq
Mayın 1-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş veteran futbolçular arasında beynəlxalq yoldaşlıq görüşünə bilet satışı təşkil edilməyəcək. Apasport.az saytının məlumatına görə, saat 20:00-da “Bayıl Arena”da Azərbaycanla Avropanın yığmaları arasında keçiriləcək matçı izləmək üçün stadiona giriş dəvətnamə ilə olacaq. Dəvətnamə əldə etmək istəyənlər AFFA-ya müraciət edə bilər.