Yaşar Seyidov: Biletdəki həmin səhvi aradan qaldırmaq mümkündür
24.04.2013 - 11:07
Yaşar Seyidov: Biletdəki həmin səhvi aradan qaldırmaq mümkündür
“All Star of Azerbaijan – “Atletiko” matçının biletləri hələ satışa çıxarılmayıb”. Bunu apasport.az saytına “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.

Aprelin 30-u saat 20:00-da başlayacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Artıq biletlər sifariş də olunsa da, mərhum beynəlxalq dərəcəli hakimimizin soyadının səhv qeyd olunması diqqətdən yayınmır. Belə ki, Bəhramov Bəhrəmov kimi göstərilib.

Ancaq Seyidovun sözlərinə görə, bu səhvi aradan qaldırmaq mümkündür. Klub rəsmisi bunu belə izah etdi: “Hələ biletlər satışa çıxarılmayıb. Satışa sabahdan etibarən start veriləcək. Üstəlik, biletlərin nüsxəsi kompüter versiyasındadır. Yəni hələ biletlər kompüter qrafikasından çıxarılmayıb. Bu üzdən həmin səhvi aradan qaldırmaq mümkündür”.

Səbuhi TOFİQOĞLU