Ticani “Bakı”nın ilk yay transferi ola bilər
24.04.2013 - 11:17
“All Star of Azerbaijan” – “Atletiko” matçını stadiondan “Bakı”nın sabiq futbolçusu Əhməd Ticani də izləyəcək. Apasport.az saytının məlumatına görə, nigeriyalı hücumçu klubun dəvəti ilə ölkəmizə gəlib.
25 yaşlı futbolçunun yayda “Bakı”nın ilk transferi olması da istisna edilmir. Ancaq ölkəmizdən ayrıldıqdan sonra hər hansı bir klubda çıxış etməyən Ticaninin baş məşqçi Bojidar Bandoviçin diqqətini çəkəcəyi də inandırıcı görünmür.
Qeyd edək ki, Ticani ilk dəfə ölkəmizə Qusarın “Şahdağ” klubu tərəfindən gətirilib. 2005-2007-ci illərdə məhsuldarlıq nümayiş etdirməsi “Bakı”nın diqqəti cəlb edib. 2007-ci ilin ortasında Böyükağa Hacıyev tərəfindən “zolaqlılar”a gətirilən Əhməd 2010-un yayında Vinfrid Şefer tərəfindən komandadan göndərilib. Gənc futbolçu Premyer Liqamızda 101 oyuna 34 qol vurmağı bacarıb.

0
0