Əli Gökdəmir: Məşqçi mənə Bundesliqada şans verəcəyini dedi
24.04.2013 - 12:33
“Hannover 96”nın baş məşqçisi Mirko Slomka mənə güvəndiyini bildirdi. Onun sözlərinə görə, gələcəkdə mənə də Bundesliqa oyunlarında şans verəcək”. Bunu apasport.az saytına millimizin müdafiəçisi Əli Gökdəmir deyib.
Almaniya mətbuatı uzun müddətdir zədəli olan Gökdəmirin “Hannover 96” ilə yeni müqavilə bağladığını qeyd edib. Ancaq həmkarlarımız müqavilənin müddəti haqda bilgi vermir.
Gökdəmir müddət məsələsinə belə aydınlıq gətirdi: “Hannover 96” ilə müqaviləmin müddəti iyunda başa çatırdı. Slomka mənə əsas komandada şans verəcəyini bildirəndən sonra yeni 2 illik müqaviləyə qol çəkdim. İnşallah, mövsümün sonuna kimi əsas komandada debüt etmək şansım var. Artıq sağalmışam. İstəyirəm ki, Bundesliqada oynayan ilk azərbaycanlı futbolçu adına mən yiyələnim”.
Səbuhi TOFİQOĞLU

0
0