Avropa çempionatının gümüş medalçısı Bakıya gələ bilməyəcək
24.04.2013 - 12:54
Gürcüstan millisinin sabiq məşqçisi Murtaz Xurtsilavanın Azərbaycana səfəri baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, 70 yaşlı veteran futbolçu mayın 1-də Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Azərbaycanla Avropa yığmaları arasında beynəlxalq yoldaşlıq görüşündə iştirak edə bilməyəcək.
Bu haqda apasport.az-a oyunu təşkilati işləri ilə məşğul olan Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov məlumat verib. Onun sözlərinə görə, Avropa çempionatının gümüş medalçısı olan Xurtsilavanın səhhətində problem yaranıb: “Murtaz xəstələndiyindən gələ bilməyəcək”.
Qeyd edək ki, AFFA-nın dəvət göndərdiyi veteranlardan Rusiyadan Vitali Şevçenko ilə Dmitri Kuznetsov, Ukraynadan İqor Belanov zədə üzündən matça gələ bilməyəcəklər.
Mehman SÜLEYMANOV

0
0