“Barselona” üçün qara statistika
24.04.2013 - 13:29
Çempionlar Liqasının yarımfinalında “Bavariya”ya 0:4 hesabı ilə uduzan “Barselona”nın statistika da əleyhinədir. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirin tarixində heç bir komanda ilk oyunda bu məğlubiyyətin əvəzini çıxa bilməyib.
“Barsa” Avropada indiyə kimi 0:4 hesabı ilə 2 dəfə uduzsa da, bu, pley-off matçı olmayıb. Belə ki, ispanlar turnirin finalında “Milan”a, 1997-ci ildə qrup mərhələsində Kiyev “Dinamo”suna bu hesabla yenilib.
Maraqlıdır ki, “Bavariya” “Barsa”ya ÇL-də - 2009-cu ildə məhz bu hesabla uduzub. Münhenlilər bundan 1 il öncə “Zenit”ə, 1973-cü ildə “Ayaks”a 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, “Barsa” “Bavariya” ilə cavab oyununu mayın 1-də evdə keçirəcək.

0
0