İkisi “yıxıldı”, “Neftçi”nin futbolçuları gülür
24.04.2013 - 13:46
“Qarabağ”ın futbolçusu Admir Telinin “əvəzolunmazlıq rekordu” qırıldıqdan sonra Topaz Premyer Liqasının rekordçusu ünvanı dəyişib. Apasport.az saytının məlumatına görə, ümumilikdə 88, çempionatda 73 oyun əvəzolunmadan meydanda olmuş albaniyalının seriyası qırıldıqdan sonra zirvənin yeni sahibi müəyyənləşib.
Telinin dayandığı XXVII turadək 2-ci pillədə 23 oyunla Junior Nildo (AZAL), 3-cü sırada isə 22 matçla Saşa Stamenkoviç qərarlaşmışdı. Lakin Telini zirvədən “yıxılan” tur Nildo üçün də əvəzlənmə ilə nəticələnib. “Rəvan”la qarşılaşmanın 89-cu dəqiqəsində meydanı tərk edən braziliyalıdan fərqli, ardıcıl 23-cü çempionat matçında meydanda əvəzolunmaz olan Stamenkoviç ilk pilləyə yüksəlib.
2-ci pillədə də “Neftçi”nin futbolçusu qərarlaşıb. 16 matçdır əvəzlənməyən Erik Ramos komanda yoldaşını izləyir. İlk “üçlük”də daha 1 legioner yer alıb. Bu, Turan“ın futbolçusu Ender Günlüdür. O, 13 matçdır 90 dəqiqə meydanda olur.

0
0