Azərbaycan çempionu UEFA-nın Əsasnaməsini pozur - ARAŞDIRMA
24.04.2013 - 16:54
Həvəskarlar komandalar arasında Azərbaycan çempionu kimi hazırda avrokuboklarda ölkəmizi təmsil edən “Qaraçala” (Salyan) mübarizə apardığı UEFA Regionlar kubokunun Əsasnaməsini kobud şəkildə pozub. Apasport.az saytının məlumatına görə, bu komanda seçmə mərhələnin Litvada keçirilən qrup oyunlarına peşəkar futbolçularla yollanıb.
Belə ki, turnirdə ölkəmizi faktiki olaraq I divizionun liderlərindən olan Bakının “Qaradağ Lökbatan” klubu təmsil edir. Digər I divizion təmsilçilərindən də bəzi futbolçuları heyətinə qatan Adil Mahmudov eyni vaxtda baş məşqçisi olduğu 2 komandadan birini Litvaya peşəkarlarla aparıb.
Yarışların Əsasnaməsinin 18.02 maddəsinin B bəndində peşəkar müqavilə ilə heç bir kluba bağlı olmayanların, C bəndində isə peşəkar liqalarda çıxış edən klublarda oynamayanların bu turnirdə iştirakı mümkündür. Lakin təmsilçimiz turnirə peşəkar statusu daşıyan I divizionun “Qaradağ Lökbatan” klubunun üzvləri ilə qatılıb.
Bəlkə də paytaxt klubu Premyer Liqaya vəsiqə verilməyən I divizionu həvəskar statuslu olduğunu zənn edir, bəlkə də futbolçuları ilə peşəkar müqavilə bağlamır. Lakin bu variantlar inandırıcı olmadığından yalnız bir şey düşünmək olar: “Qaraçala” və “Qaradağ Lökbatan” birgə səyləri ilə UEFA-ya “atır”.
Hər halda, eyni futbolçuların təxminən 10 gün ərzində əvvəl “Qaradağ Lökbatan”, sonra “Qaraçala”da oynayıb, yenidən “Qaradağ Lökbatan”a dönməsi qeyri-adi hadisədir. Eyni baş məşqçinin isə həm peşəkar, həm həvəskar komandanı çalışdırması da görünməmiş faktlardandır.
Komandanın Litvaya yollanması üzündən I divizionda 2 oyunun da tarixi dəyişdirilmişdi. XXII turun “Qala” - “Qaradağ Lökbatan” oyunu aprelin 22-dən 19-na, XXIII turun “Qaradağ Lökbatan” - “Şahdağ” matçı isə aprelin 28-dən 30-dək keçirilib. Peşəkar Futbol Liqasının bu addımı sayəsində paytaxt klubu əlavə 5 gün qazanıb. 2 çempionat görüşü arasındakı 11 gün isə peşəkarlara həvəskar statusu ilə oynamaq üçün kifayət edib.
Maraqlıdır, I divizionda oynayan və ötən ilin qalibi olan “Qaradağ-Lökbatan”ın “Qaraçala”nı əvəz etməsi nə dərəcədə düzgündür? Bu komanda həqiqətən də həvəskar futbolçulardan təşkil olunub?
Məsələ ilə bağlı hazırda Litvada, “Qaraçala”ın oyunlarını izləyən Həvəskarlar Futbol Federasiyasının prezidenti Kamil Rəhimovla əlaqə saxladıq: “Siz Litvada çıxış edən Serbiya, Makedoniya komandalarının heyətinə baxsanız görərsiniz ki, onlar turnirə hansı heyətlə gəlib. Litva komandası ümumiyyətlə I dəstənin çempionudur. Regionlar kuboku həmin ölkədə oynayan bütün həvəskarlar üçündür. Adı UEFA-da peşəkar kimi göstərilməyən hər bir futbolçu bu yarışda çıxış edə bilər. Bu futbolçuların bağlı olduğu “Qaradağ Lökbatan” da peşəkar futbol komandası deyil. Onun üzvləri “Qaraçala”nın heyətində həvəskarlar arasında Azərbaycan çempionu olublar. Elə Litvaya yollanan heyətin digər üzvləri də həvəskarlar liqasında müxtəlif komandalarda oynayıblar”.
Rəhimovun məntiqindən belə çıxır ki, “Qaradağ-Lökbatan” peşəkar deyil, həvəskar futbol komandasıdır. Belə olan halda ortaya sual çıxır: Əgər bu komanda həqiqətən həvəskarlardan ibarətdirsə, ölkə kubokunda nə işi vardı? Və ya, həvəskar komanda hansısa oyununun təxirə salınmağı üçün niyə Peşəkar Futbol Liqasına müraciət etməlidi? Bəyəm ötən il I divizionun qalibi kimi Topaz Premyer Liqasına vəsiqə qazanıb, yalnız lisenziya probleminə görə kənarda qalan “Qaradağ-Lökbatan” deyildimi?
Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) da mövqeyini öyrəndik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev apasport.az saytına bildirib ki, “Qaradağ Lökbatan” rəhbərliyi PFL-ə məktubla müraciətində oyunlarının vaxtının dəyişdirilməsini xahiş etmişdi: “Onlar bunu beynəlxalq turnirdə iştirak edəcəkləri ilə bağlamışdı. Biz də onların turnirə gedib-gəlmələrinə şərait yaranması üçün müraciətlərini müsbət dəyərləndirdik. Bu komandanın müraciətdə hansı turnirə gedəcəyini yazıb-yazmadığını dəqiq deyə bilmərəm”.

0
0