Ufuk Budak komandasının bugünkü məşqində iştirak etdi
24.04.2013 - 21:41
Ufuk Budak komandasının bugünkü məşqində iştirak etdi
Türkiyə Superliqasının XXXI turu çərçivəsində səfərdə “Kasımpaşa” ilə qarşılaşacaq “Əskişəhərspor” hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, 90 dəqiqə davam edən məşqdə millimizin zədəli müdafiəçisi Ufuk Budak da iştirak edib.

İsinmə hərəkəti ilə başlanılan məşqdə futbolçular əvvəlcə ötürmələr üzərində işləyiblər. Daha sonra isə qapıya dəqiq zərbələr endirilib.

Qeyd edək ki, “Kasımpaşa” - “Əskişəhərspor” matçı aprelin 28-də keçiriləcək.