Berti Foqtsun beynindəki fantastik hesab!
24.04.2013 - 21:57
“Lənkəranda keçirilən matçın hesabını əvvəldən müəyyənləşdirə bilsəydim, görücü olardım”. Bunu apasport.az saytına millimizin baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı çalışdırıcı ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ” və “Neftçi” arasındakı cavab matçını Tofiq Bəhramov adına Respublika stadionunda canlı izləyənlər arasında olub.
“Xəzər Lənkəran” – “Bakı” matçı barədə danışan Foqts bildirib ki, “ağ-yaşıllar”ın qələbə qazanacağı oyunun gedişində görünürdü.
Mayın 1-də Heydər Əliyevin yubileyi münasibətilə Azərbaycan və Avropanın veteran futbolçuları arasın keçiriləcək yoldaşlıq görüşünə gəlincə, Foqts bu qarşılaşmada oynayacağını və fantastik hesabla yekunlaşmasını istədiyini söyləyib: “Təbii ki, məmnuniyyətlə oynayacam. Qarşılaşmanın isə 10:10 hesabı ilə başa çatmasını istərdim”.

0
0