Mourinyo yenə Kasilyasa şans vermədi
24.04.2013 - 22:22
Mourinyo yenə Kasilyasa şans vermədi
Çempionlar Liqasının yarımfinal mərhələsində üz-üzə gələcək Dortmund “Borussiya”sı və Madrid “Real”ının start heyətləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun baş məşqçisi Joze Mourinyo uzun müddətdir zədəli olan və artıq sıralara dönən İker Kasilyasa bu görüşün ilk dəqiqələrində yenə şans verməyir.

Portuqaliyalı çalışdırıcı İspaniya milli komandasının üzvünü ehtiyatda saxlayaraq Dieqo Lopesi ilk “11-liy”ə daxil edib.

Hər iki komandanın start heyəti bunlardır:

“Borussiya”: Vaydenfeller, Subotiç, Hummels, Pişek, Şmelser, Bender, Gündoğan, Qötse, Roys, Blaşikovski, Levandovski.

“Real”: Dieqo Lopes, Varan, Pepe, Ramos, Kuentrau, Xedira, Özil, Xabi Alonso, Modriç, Ronaldo, İquain.