“Sona kimi mübarizə apardıq”
24.04.2013 - 23:10
“Maraqlı və gərgin oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi” (2:2) ilə bərabərə qalıb, finala keçə bilməyən Ağdam klubunun çalışdırıcısı matçdan sonra qarşılaşmanı dəyərləndirib: “Azarkeşlər dörd qol gördülər. Oyunda sona kimi mübarizə apardıq, lakin istədiyimiz alınmadı. “Neftçi” komandası bu gün yaxşı oynadı. Artıq komandanı “Qəbələ” ilə növbəti çempionat oyununa hazırlamaq lazımdır”.
Qeyd edək ki, ilk görüşdə “Neftçi” “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etmişdi.

0
0