Joze Mourinyo: “Borussiya” qələbəyə layiq idi
25.04.2013 - 02:05
Joze Mourinyo: “Borussiya” qələbəyə layiq idi
“Bu gün ən yaxşı komanda qalib gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Joze Mourinyo deyib.

Portuqaliyalı çalışdırıcı Çempionlar Liqasının yarımfinal mərhələnin ilk oyununda səfərdə Dortmund “Borussiya”sına 4:1 hesablı məğlubiyyətə şərh verib: “Dortmundlular fərdi və kollektiv oyunu ilə yaxşı çıxış etdi. “Borussiya” qələbəyə layiq idi. Onlar həmişə bizdən daha çox və daha kəskin hücumlar edirdilər. Oyunçularımın hər biri meydanda əlindən gələni əsirgəmədilər. Levandovskiyə gəldikdə isə onun haqqında çox şey bilirdik. Penalti ilə fərqlənməsini saymasaq, onun 3 qol vurmasına imkan verməməliydik və bu bizə çox təsir etdi”.