“Real”ın antirekordu
25.04.2013 - 03:18
“Real”ın antirekordu
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sına (4:1) uduzan “Real” Avropanın ən titullu klub turnirində 5-ci böyük hesabı məğlubiyyəti ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “Kral klubu” bu məğlubiyyətlərin 3-ünü Almaniya klubları ilə görüşlərdə əldə edib.

Belə ki, “Real” 2000-ci ildə “Bavariya”ya 1:4, 2004-cü ildə “Bayer”ə 0:3, 2005-ci ildə “Lion”a 0:3 və 2009-cu ildə “Liverpul”a 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, “Borussiya”nın heyətində Robert Levandovski poker edib.