Ronaldo 50-ci qolunu vurub, 5-ci pilləyə yüksəldi
25.04.2013 - 04:05
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sı ilə görüşdə fərqlənən “Real”ın hücumçusu Kriştianu Ronaldo qollarının sayını 12-yə çatdırıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu cari mövsümdə Avropanın ən titullu klub turnirində bombardirlər siyahısında liderliyini davam etdirir.
11 görüşdə 12 top vuran Ronaldo “Barselona”nın hücumçusu Lionel Messinin ötən ilki ünvanına sahib olacaq. Əgər Kriştianu “Borussiya” ilə cavab matçında 3 top vuracağı təqdirdə, Argentina milli komandasının üzvünün 14 qolluq rekordunu qıracaq.
Bundan başqa, Ronaldo Çempionlar Liqasında 50-ci dəfə fərqlənmiş olub. Həmçinin o, bu qollarla bombardirlər siyahısında Tyerri Anriyə çatıb və 5-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Çempionlar Liqasında ən çox qol vuran futbolçu “Real”ın sabiq futbolçusu Raul Qonsalesdir. Təcrübəli forvard rəqib qapılarından 71 top keçirib. İkinci yerdə 59 qolla Lionel Messi qərarlaşır. Rud van Nistelroy (56) üçüncü, Tyerri Anri (50) isə dördüncüdür.
1. Raul – 142 oyun – 71 qol
2. Messi – 79 oyun – 59 qol
3. Nistelroy – 73 oyun – 56 qol
4. Anri – 112 – 50 qol
5. Ronaldo – 91 oyun – 50

0
0