Kolo Ture yayda “Mançester Siti”dən ayrılacaq
25.04.2013 - 04:51
Kolo Ture yayda “Mançester Siti”dən ayrılacaq
“Mançester Siti”nin müdafiəçisi Kolo Ture yayda komandasını tərk etmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, buna mövsümün sonunda müqaviləsi başa çatacaq olan 32 yaşlı futbolçunun klubundan yeni təklif gəlməməsi səbəb olub.

Bu haqda Turenin özü açıqlama verib: “Mən burada demək olar ki, dörd il çıxış etdim. Yaya ilə birgə iki fantastik il keçirdim və daim oynayırdım. Bütün bunlar mənim üçün çox gözəl idi. Ailəm burada yaşayır, uşaqlarım məktəbə gedirlər və bura da onların xoşuna gəlir. Lakin klubdan mənə iki aydır ki, heç bir təklif gəlməyib”.

Qeyd edək ki, Fil Dişi Sahili milli komandasının üzvü 2009-cu ildə “Mançester Siti”yə “Arsenal”dan transfer olunub.