“Matçın əvvəlindən final fitinə qədər çox gözəl oynadıq”
25.04.2013 - 05:20
“Bu, bizim üçün əla axşam oldu və hər şey sadəcə mükəmməl idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Dortmund “Borussiya”sının yarımmüdafiəçisi İlkay Gündoğan deyib.
Almaniya klubunun türkəsilli futbolçusu Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında “Real” üzərində 4:1 hesablı qələbəyə şərh verib: “Qapımızdan qol buraxmayacaqdıq. Ancaq hər halda, “Real” kimi komandaya qarşı ən yaxşı nəticəyə nail olmaq çətin idi. Biz matçın əvvəlindən final fitinə qədər çox gözəl çıxış etdik. İkinci hissədə daha yaxşı oynadıq və böyük üstünlüklə də qələbə qazandıq. Buna layiq idik”.

0
0