Valentin Xodukin: Heç kim sonluğun necə olacağını bilmir
25.04.2013 - 05:46
“Xoşdur ki, “İnter”in müxtəlif yaş qrupları üzrə komandaları çempionatın final mərhələsinin iştirakçılarıdır. Ümid edirəm ki, kiçik yaş qrupumuz çempionluq uğrunda mübarizə aparacaq. Bizim 1999-cu və 2000-ci il təvəllüdlü uşaqlardan ibarət çox yaxşı komandalarımız var. Bizim medallar uğrunda mübarizə aparan əsas komandalar da bunlardır. Bəli, uşaq futbolu çətin proqnozlaşdırılır, ancaq “İnter”in uşaq komandalarının uğur əldə etməsini çox istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” Uşaq-Gənclər Futbol Məktəbinin inkişafı üzrə layihə rəhbəri Valentin Xodukin deyib.
Ukraynalı mütəxəssis klubun radiosunda qonaq olub. O, rəhbərlik etdiyi məktəbin fəaliyyəti barədə danışıb. Bunda başqa, Xodukin bu yay Bakıda keçiriləcək İBA U-14 Cup turniri haqda fikirlərini bildirib: “Turnir iştirakçılarının tərkibi çox güclüdür. Etiraf edim ki, püşkatmadan bir az qorxuram, bilmirəm, “İnter”ə hansı rəqib düşəcək. Bizim əsas məqsədimiz Avropanın müxtəlif guşələrində və ölkələrində futbolun səviyyəsinə baxmaqdan ibarətdir. Buna görə də turnirin coğrafiyası belə genişdir. Düşünürəm ki, hər keçən il bu turnirin səviyyəsi güclənəcək. Sizə maraqlı faktı deyim: bu yaxınlarda, turnir iştirakçılarının tərkibi tam məlum olduqdan sonra “İnter”PİK-in prezidentinə İsveçrənin ən tanınmış klublarından biri olan “Bazel”dən zəng gəlmişdi. Bu klubun nümayəndələri bizim turnirdə iştirak etmək istədiklərini bildirmişdilər. Qeyd edim ki, turnir haqqında məlumatı öz kanalları vasitəsilə öyrənmişdilər”.
Söhbətin sonunda Xodukin Premyer Liqa barədə də fikirlərini açıqlayıb: “Çempionat çox gərgin keçir. Final mərhələsi 3 rəqabət qabiliyyətli komandanı müəyyənləşdirdi. “İnter”, “Neftçi” və “Qarabağ” komandaları final mərhələsində digər komandalardan daha üstün görünürlər. Lakin bu mübarizənin yekun nəticəsini demək çox çətindir, axı heç kim sonluğun necə olacağını bilmir”.

0
0