Məmmədyarovla Rəcəbov yenə heç-heçə etdi - YENİLƏNİB
25.04.2013 - 21:31
Şahmat üzrə Qran-pri çərçivəsində III turnir davam edir. Apasport.az saytının məlumatına görə, İsveçrənin Zuq şəhərində baş tutan yarışın VII günündə Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib.
Qrossmeysterlərimiz macarıstanlı və amerikalı şahmatçılarla üz-üzə gəliblər. Belə ki, Rəcəbov Hikaru Nakamurayla, Məmmədyarov isə Peter Leko ilə qarşılaşıb.
Ötən gün heç-heçə edən təmsilçilərimiz yenə eyni aqibətlə üzləşib.
Digər görüşlərdə isə Qata Kamski Aleksandr Morozoviçi məğlub edib. Sergey Karyakin Rüstəm Qasımcanovlaa, Aniş Qiri Fabiano Karuanayla və Veselin Topalov Ruslan Ponomaryovla xalları yarı bölüb.
Qeyd edək ki, 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatacaq.
VII tur
25 aprel
Sergey Karyakin (2786, Rusiya) - Rüstəm Qasımcanov (2709, Özbəkistan) – 0,5:0,5
Aniş Qiri (2727, Hollandiya) - Fabiano Karuana (2772, İtaliya) – 0,5:0,5
Peter Leko (2744, Macarıstan) - Şəhriyar Məmmədyarov (2766, Azərbaycan) – 0,5:0,5
Qata Kamski (2741, ABŞ) - Aleksandr Morozoviç (2758, Rusiya) - 1:0
Veselin Topalov (2771, Bolqarıstan) - Ruslan Ponomaryov (2733, Ukrayna) - 0,5:0,5
Hikaru Nakamura (2767, ABŞ) - Teymur Rəcəbov (2793, Azərbaycan) - 0,5:0,5
Xal durumu: Topalov, Ponomaryov – 4,5, Morozoviç, Karyakin, Karuana – 4, Kamski, Nakamura – 3,5, Qiri, Məmmədyarov, Leko - 3, Qasımcanov, Rəcəbov – 2,5.

0
0