İqor Mitreski “Xəzər Lənkəran”a qarşı oynamayacaq
25.04.2013 - 08:29
Azərbaycan kubokunun finalına yüksələn “Neftçi” həlledici qarşılaşmaya ciddi itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” “Xəzər Lənkəran”la oyunda İqor Mitreskinin xidmətindən yararlana bilməyəcəklər.
Buna səbəb müdafiəçinin cəzalı duruma düşməsidir. 34 yaşlı makedoniyalı 2-ci sarı vərəqəsini aldığı üçün mayın 28-də meydana çıxmayacaq. Mitreski martın 7-də keçirilən 1/4 finalın “Simurq”la, 1/2 finalın “Qarabağ”la cavab oyunlarında cəzalanmışdı.
Dünən keçirilən yarımfinalın cavab oyunlarında finala yüksələnlərdən “Neftçi”nin 2, “Xəzər Lənkəran”ın isə 6 futbolçusu sarı vərəqə alıb. Bu 8 futbolçu arasında 2-ci dəfə cəzalanan yalnız elə Mitreskidir. O, cəza üzündən finalı buraxacaq tək oyunçudur.

0
0