Berti Foqts: Bu, mənim üçün ən vacib oyundur - MÜSAHİBƏ
25.04.2013 - 09:02
Ölkə kubokunun 1/2 finalı çərçivəsində baş tutan “Qarabağ” – “Neftçi” matçını izləyənlər arasında milli komandamızın baş məşqçisi Berti Foqts və AFFA-nın baş katibi Elxan Məmmədov da vardı. Apasport.az saytının əməkdaşı qarşılaşmanın ilk yarısından sonra almaniyalı çalışdırıcıya yaxınlaşıb, izlədiyi kubok oyunları ilə bağlı mövqeyini öyrənib.
- “Xəzər Lənkəran”la “Bakı” arasında keçirilən kubok görüşünü televiziyadan izləmisiz. Oyunun öncədən belə nəticələnəcəyini gözləyirdinizmi?
- Mənim öncəgörücülüyüm yoxdur. Bilmirdim ki, oyun belə nəticələnəcək. Əgər qabaqcadan nəticələri bilsəydim, lotereya oynayıb milyoner olardım.
- Həmin matçın keyfiyyət dərəcəsi xoşunuza gəldi?
- “Xəzər Lənkəran” qələbəyə layiq idi. Haqlı qələbəsini qazandı. Meydan sahibləri rəqibə nisbətən daha çox topla hərəkətdə idi. Fürsətdən yararlanıb həm “Xəzər Lənkəran”ı, həm də Con Toşakı qələbə münasibətilə təbrik edirəm. Ümumiyyətlə, oyunun gedişindən hiss edirdim ki, “Xəzər Lənkəran” qalib gələcək və belə də oldu.
- Bəs “Qarabağ” – “Neftçi” oyununun ilk 45 dəqiqəsinə əsasən nə deyə bilərsiz?
- İlk yarı heç-heçə başa çatdı. Tərəflər hərəyə bir dəfə fərqləndi. Məncə, bu, qanunauyğun nəticə idi.
- Mayın 1-də Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Avropa yığmasının heyətində Azərbaycan veteranlarına qarşı oynayacaqsız. Bu qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Deyərdim ki, bu, mənim üçün son 10 ildə ən vacib oyundur.
- Adətən belə oyunlarda heç-heçə qeydə alınır. Qarşı tərəfə daha az top vurmağa çalışacaqsız, yoxsa?...
- Mənim proqnozum 10:10-dur. Oyun heç-heçə bitəcək.
Səbuhi TOFİQOĞLU

0
0