Ağabala Ramazanov zirvədə!
25.04.2013 - 09:09
Ağabala Ramazanov zirvədə!
Azərbaycan kubokunun 2012/13 mövsümünün bombardirləri siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, “Bakı” ilə yarımfinal mərhələsinin cavab oyununda qol sevinci yaşayan Ağabala Ramazanov (“Xəzər Lənkəran”) turnirin ən məhsuldar futbolçusu adını ələ keçirib.

Bundan əvvəl “Rəvan”la 1/4 final matçında het-trik edən gənc hücumçu 4-cü qolunu paytaxtın eyni adlı təmsilçisinə vurmaqla zirvəyə yüksəlib. Bunadək Ramazanov digər 2 futbolçu ilə şərikli lider idi.

Belə ki, hazırda başqa komandada olan 2 hücumçu kubokda digər klubda vurduğu 3 qolla liderlik edirdi. “İnter”in futbolçusu Yuri Fomenko “Kəpəz”də 3 dəfə fərqlənmişdi. İndi Litvada keçirilən həvəskarların turnirində “Qaraçala” ilə çıxış edən Novruz Ələkbərov isə “Qaradağ Lökbatan”da 3 qola imza atmışdı.

Ağabala kimi finalda meydana çıxacaq futbolçulardan yalnız ikisini hesabında 2 top var. Bunlar Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) və Elvin Yunuszadədir (“Neftçi”). Onlar dubl etməklə, 1 dəfə fərqlənənlər isə het-triklə Ramazanova çata bilər.

Kubokun bobardirləri
1.Ağabala Ramazanov (“Xəzər Lənkəran”) – 4
2-3. Yuri Fomenko (“Kəpəz”/”İnter”) - 3
Novruz Ələkbərov (“Qaradağ Lökbatan”/”Qaraçala”) - 3