1 ayda 2 “Böyük oyun”!
25.04.2013 - 11:01
Azərbaycan futbol azarkeşləri təxminən 1 ay ərzində 2 dəfə “Böyük oyun” izləmək şansı qazanıb. Apasport.az saytının məlumatına görə, mayın 28-də ölkə kubokunun finalında qarşılaşacaq “Neftçi” və “Xəzər Lənkəran” artıq iyunun 27-də də üz-üzə gəlməyə yaxındır.
Söhbət həmin gün keçiriləcək Azərbaycan Superkubokundan gedir. Uzun fasilədən sonra bərpa olunacaq yarış Avropa Liqasının iyulun 4-də baş tutacaq I təsnifat mərhələsinin ilk oyunlarından 7 gün əvvələ planlaşdırılıb. Bu isə Superkubokun iyunun 27-də baş tutacağını göstərir.
Həmin gün, yəni 31 gündə 2-ci dəfə “Böyük oyun”un keçirilməsi üçün “Neftçi” çempion olmalıdır. Topaz Premyer Liqasının sonuna 5 tur qalmış turnir cədvəlinə liderlik edən “ağ-qaralar” ən yaxın izləyicisini 3 xal qabaqlayır və onların qızıl medala sahib olacağı daha inandırıcı görünür.
Ölkə çempionunun kubokun finalında oynaması isə onun rəqibinin istənilən halda Superkuboka da yüksəlməsinə imkan verir. Bütün dünyada çempion dubl etsə belə, Superkubokda ölkə kubokunun finalçısı ilə qarşılaşır. Bu isə o deməkdir ki, “Neftçi” çempion olsa kubokun finalının nəticəsindən asılı olmayaraq Superkubokda da “Böyük oyun” izləyəcəyik.

0
0