“Admir Telinin geri dönüşü üçün 1 ay vaxt lazımdır”
25.04.2013 - 12:35
“Admirin durumu daha ağırdır. İlkin müayinə zamanı vəziyyətin ağır olması bəlli oldu. Onun üzərində xüsusi müalicə proseduru yerinə yetiririk”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın fizioterapevti Murat Şahinoğlu deyib.
“Qarabağ”ın müdafiəçisi Admir Teli üçün mövsüm bitib. Ardıcıl 88 oyuna çıxmaqla ölkə rekordu qıran albaniyalı futbolçu “Bakı” ilə ötən turun oyununda zədələnərək əvəzlənməli olmuşdu. Müayinələrdən sonra məlum olub ki, 31 yaşlı futbolçunun sağ ayağı burxulma nəticəsində sıradan çıxıb.
Eyni oyunda sıradan çıxan Ansi Aqollinin durumu isə bir qədər daha yüngüldür. Klubun türkiyəli həkimi albaniyalı futbolçularla bağlı bunları söyləyib: “Gələn həftə Teliyə yüngül məşqlər etdirə bilərik. Amma bunun fəsadı da ola bilər. Ona görə də riskə getməyi düşünmürük. Normal halda Admirin geri dönüşü üçün 1 ay vaxt lazımdır. Amma müalicənin verdiyi təsirin də böyük rolu var. Ansinin durumu isə daha qənaətbəxşdir. Hər halda Aqollinin bu mövsüm oynama şansı var. Onda əzələ gərilməsi var. Sıraya dönməsi üçün 10 gün lazım olur. Hazırlıq prosesini də nəzərə alsaq, daha bir neçə gün lazım ola bilər. Belədə son 2-3 oyunda meydana çıxma şansı var”.

0
0