Kamran Ağayevə Lənkəranda edilən xəbərdarlıq
25.04.2013 - 12:44
“Bakı”nın qapıçısı Kamran Ağayev “Xəzər Lənkəran”la ölkə kubokunun cavab yarımfinal oyununda şifahi xəbərdarlıq alıb. Apasport.az saytının məlumatına görə, Lənkəranda 0:2 hesabı ilə uduzduqları matçı ehtiyat oyunçular skamyasından izləyən futbolçunun tez-tez ayağa qalxıb komanda yoldaşlarına nəsə deməsi hakimlərin diqqətindən yayınmayıb. Qış fasiləsində “Xəzər Lənkəran”dan “Bakı”ya keçən Ağayevlə lənkəranlı azarkeşlər arasında münasibətləri nəzərə alsaq, bu, oyunda gərginlik yaradırdı.
Baş hakim Elçin Məmmədov buna görə oyunu qısa müddətə dayandırmalı olub. O, Kamrana yaxınlaşaraq, lənkəranlılarda qıcıq yaradan hərəkət etməməklə bağlı xəbərdarlıq edib. Yəni növbəti belə hərəkət qapıçıya sarı vərəqənin verilməyi ilə nəticələnəcəkdi.
“Xəzər Lənkəran”ın mövsüm bitəndən sonra yollarını ayıracağı gözlənilən yunanıstanlı hücumçusu Dimitris Sialmas isə meydana çıxmamış sarı vərəqə alıb. Belə ki, 71-ci dəqiqədə oyuna girən legioner bundan 9 dəqiqə öncə texniki zona qaydalarını pozduğu üçün cəzalandırılıb. Dördüncü hakim Elvin Əsgərov bu haqda Məmmədovu məlumatlandırandan sonra Sialmasa “sarı” göstərilib. Ancaq çempionatda ötən turda qırmızı vərəqə alan Dimitris kubokda cəzalı olmadığından, mayın 28-də “Neftçi” ilə finalda oynaya biləcək.

0
0