“Simurq” da uçur, xəyalları da
25.04.2013 - 15:10
Topaz Premyer Liqasının XXVIII turu daha 1 komandanın medal qazanmaq arzusunun üstündən xətt çəkə bilər. Apasport.az saytının məlumatına görə, “Simurq” son 4 tur ərəfəsində ilk “üçlük”lə, yəni, mükafatla vidalaşmaq üzrədir.
Medal xəyallarının “uçması” üçün ilk “altılıq”dakı hər 3 matçın nəticəsi vacibdir. “Bakı”nın qonağı olacaq “Simurq”a “Neftçi” - “İnter” və “Qəbələ” - “Qarabağ” oyunlarının da nəticəsi önəmlidir. 40 xala malik zaqatalalıların mükafatçılar sırasından sıxışdırıb çıxartmaq arzusunda olduğu “Neftçi” (54 xal), “Qarabağ” (51 xal) və “İnter” (50) isə nəticələrdən asılı olaraq, medallardan birini elə bu həftə təmin edəcək.
“Simurq” qalib gələrsə...
“Bakı”nı səfərdə məğlub edəcəyi halda, Georgi Çixradzenin yetirmələrinin 43 xalı olacaq. “Neftçi” də qalib gələrsə, “Simurq” üçün 1-ci yer əlçatmaz olacaq. “Ağ-qaralar” bu yolla ilk 3 pillədən birini təmin edəcəklər. Bundan sonra gümüşə nəzəri şansı qalacaq “Simurq” “Neftçi”nin heç-heçə, “Qarabağ”ın qələbəyə sevinəcəyi halda da qızıla “əlvida” deyəcək.
...heç-heçə etsə...
Bərabərlik “Simurq”a daha baha başa gələ bilər. Bu halda 41 xala malik əyalət klubu digər matçların nəticəsindən asılı olmayaraq, qızıl xəyalı ilə vidalaşmalıdı. “Qarabağ” da qalib gələrsə, gümüş Çixradzenin komandası üçün nəzəri cəhətdən mümkünsüz olacaq. Bu halda “Neftçi” və “Qarabağ” ən azı mükafatlardan birini təmin, “Simurq” isə maksimum üçüncülüyə ümid edəcək. “Neftçi” ilə “İnter” arasında paytaxt derbisi isə bunun üçün əhəmiyyət kəsb etməyəcək.
...uduzsa
“Bakı” öz meydanında qalib gəlsə, Azərbaycan çempionatının 3 ən güclüsü indidən müəyyənləşə bilər. Bunun üçün “İnter” “Neftçi”ni, “Qarabağ” isə “Qəbələ”ni udmalıdır. Belə olarsa, mükafatçı komandalar müəyyənləşəcək, “Simurq”sa kənarda qalacaq.
“İnter”in qələbəsi və Ağdam təmsilçisinin xal itkisində Zaqatala təmsilçisi 3-cü yerə ümidini ən azı növbəti turadək saxlayacaq. “Neftçi” qalib gəlsə, “Qarabağ” uduzsa “Simurq” məğlubiyyətlə də gümüş şansını qoruyacaq. “Ağ-qaralar”ın qələbəsi ağdamlıların xal qazanması halında zaqatalalılar yalnız bürüncə ümidli olacaq. Bakı derbisində heç-heçə və “Qarabağ”ın uduzmaması da Çixradze üçün 3-cü yer xəyalını saxlayır. Paytaxtda heç-heçə olarsa və ağdamlılar uduzarsa “Simurq” yalnız bürünc iddiasını saxlayacaq.

0
0