“All Star of Azerbaijan”ın baş məşqçisi kim olacaq?
25.04.2013 - 14:54
“All Star of Azerbaijan”ın baş məşqçisi kim olacaq?
Aprelin son günündə məşhur “Atletiko” ilə yoldaşlıq oyunu keçirəcək “All Star of Azerbaijan”ın heyətinə hələlik aydınlıq gəlməyib. Apasport.az saytının məlumatına görə, bu məsələ həllini tapmayıb və hazırda iştirakçı futbolçuların siyahısı hazırlanmaqdadır.

“Bakı”nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən bilgiyə görə, burda tək yığma üzvləri yox, gənc və millidən kənar qalan futbolçular (məsələn, Rəşad Abdullayev – red.) da iştirak edəcək.

Maraqlı məsələlərdən biri də “All Star of Azerbaijan”ı meydana kimin çıxaracağıdır. Əksəriyyəti yığma üzvləri olduğundan adətən ağıla ilk növbədə milli komandamızın baş məşqçisi Berti Foqts gəlir. Ancaq son informasiyalara görə, təmsilçimizin çalışdırıcısı əcnəbi mütəxəssis olmayacaq.