Azərbaycan yığması “Paxtakor” stadionunda
25.04.2013 - 15:29
Azərbaycanın veteranlardan ibarət yığma komandasının Özbəkistanla keçirəcəyi yoldaşlıq oyununun vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yoldaşlıq görüşü Daşkəndin “Paxtakor” mərkəzi stadionunda baş tutacaq.
25 min azarkeş tutumuna malik arenadakı görüşün başlama saatı da bilinir. Aprelin 27-dəki qarşılaşma saat 17:30-da başlayacaq. Matçdan saat yarım əvvəl – 16:00-da isə oyuna həsr olunan tədbirə start veriləcək.
Qeyd edək ki, Daşkənd və Bakıda saat eynidir.

0
0