“Sumqayıt”ın 2 problemi
25.04.2013 - 16:17
“Sumqayıt”ın 2 problemi
Topaz Premyer Liqasının ötən turunda səfərdə "Xəzər Lənkəran"la heç-heçə edən "Sumqayıt" "Kəpəz"lə oyunun hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “Bayıl Arena”da məşqə çıxan komanda tam heyətlə hazırlaşa bilmir. Belə ki, yüngül zədəsi olan kapitan Samir Abasov və Pərdis Fərcad-Azad fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" oyunu aprelin 27-də saat 17:00-da "Dalğa Arena"da keçiriləcək.