Millimiz türklərdən qisas ala bilmədi
25.04.2013 - 17:17
Bu gün Bayıl stadionunda 16 yaşadək futbolçulardan ibarət ölkəmizin və Türkiyənin yığma komandaları arasında ikinci yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Aslan Kərimovun yetirmələri həmkarlarından qisaslarını ala bilməyib. Qarşılaşma 2:0 hesabı ilə türkiyəli futbolçuların xeyrinə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında aprelin 23-də keçirilmiş yoldaşlıq oyunu da eyni hesabla qonaqların qələbəsilə yekunlaşmışdı. Türkiyə yığması sabah saat 16:45-də Bakı – İstanbul hava reysiylə ölkəmizi tərk edəcək.

0
0