“...“Xəzər Lənkəran” avtomatik Avroliqaya çıxacaq”
25.04.2013 - 23:02
“Xəzər Lənkəran” layiqli qələbə sayəsində finala çıxdı. “Neftçi”nin həlledici matça yüksələcəyini isə hələ öncədən düşünürdüm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Azərbaycan kubokunun cavab yarımfinal matçları fikirlərini bölüşən 66 yaşlı mütəxəssis “Bakı”nın şansını qaçırmağına toxunub: “Bu komanda ilk oyunda çoxlu qol imkanlarına malik olsa da, 1:0 hesablı qələbə qazandı. Cavab matçında isə belə oyun göstərməyini anlamadım. “Bakı” topla çox davransa da, qol imkanları demək olar yox idi. Əvəzində “Xəzər Lənkəran” 2:0-dan sonra real şanslarını boşa verməsəydi, böyük hesablı qələbə qazanacaqdı. Məncə, “Bakı”nın qapıçısının ilk qolda səhvi, topu əlindən buraxması oyuna təsir göstərdi. “Qarabağ”ın isə hesabı açandan dərhal sonra qol buraxmağı həlledici oldu”.
Mircavadov bildirib ki, sabiq komandaları arasında mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda maraqlı oyun gözləyir: “Düzdür, buna kimi “Neftçi” çempion olsa, “Xəzər Lənkəran” avtomatik Avroliqaya çıxacaq. Ancaq bu, finala marağı azaltmayacaq. Çünki klubun imici var və mövsümü titulla başa vurmaq istəyir. Üstəlik, “Neftçi” çoxdandır kuboku qazana bilmir. Gümüş və bürünc medal qazanmaq nə qədər yaxşı olsa da, hər yerdə ilk növbədə çempion və kubokun qalibinin kim olduğunu soruşurlar. Hesab edirəm ki, “Neftçi” ilə “Xəzər Lənkəran” arasında finalda gözəl oyun olacaq”.
Qeyd edək ki, 2006-cı ildə “Neftçi”dən “Xəzər Lənkəran”a keçən Mircavadaov “Böyük oyun”da hər 2 komandanın baş məşqçisi olmuş yeganə çalışdırıcıdır. O, bakılılarla yalnız çempionluq qazandırıbsa, cənub təmsilçisi ilə “qızıl dubl” edib.
Mehman SÜLEYMANOV

0
0