“Xəzər Lənkəran” matç sonrası bərpa məşqinə çıxdı
25.04.2013 - 20:03
“Xəzər Lənkəran” matç sonrası bərpa məşqinə çıxdı
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Bakı”nı “Fırtınalar meydanı”nda 2:0 hesabı ilə məğlub edərək finala adlayan “Xəzər Lənkəran” bu gün oyun sonrası bərpa məşqini keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşılar” stadionun yardımçı meydançasında saat 10:30-da məşqə çıxıb.

Bir saat davam edən hazırlıq prosesinə yalnız “zolaqlılar”la qarşılaşmada çıxış etməyən futbolçular qatılıblar. Paytaxt təmsilçisi ilə matç zamanı meydanda mübarizə aparan futbolçularımız isə baş məşqçinin göstərişi ilə istirahət ediblər.

Qeyd edək ki, “Xəzər Lənkəran” sabah, aprelin 26-da səhər məşqinin ardından Bakıya yollanacaq. Komandan Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində AZAL ilə aprelin 28-də “AZAL Arena” stadionunda keçirəcəyi oyuna paytaxtda hazırlaşacaq.

Mənbə: 12cioyuncu.info