Reyna İngiltərə Federasiyasının qərarı ilə razılaşmır
25.04.2013 - 21:02
“Liverpul”un qapıçısı Pepe Reyna “Çelsi”nin hücumçusu Luis Suaresin aldığı 10 matçlıq cəzadan sonra maraqlı ifadələr işlədib. Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasının XXXIV turu çərçivəsində keçirilən “Liverpul” - “Çelsi” (2:2) matçında uruqvaylı futbolçunun Branislav İvanoviçi dişləməsi ilə bağlı ispaniyalı qolkiper maraqlı fikirlər səsləndirib.
Reyna İngiltərə Federasiyası tərəfindən 10 matç cəzalandırılan Suaresin günahkar olduğunu hər kəsin qəbul etdiyini, lakin eyni hadisəni bir ingilis futbolçusu etsəydi, cəzanın daha yüngül olacağını iddia edib: “Bu hadisənin doğru olmadığını Luisin özü də bilir. Bu mövzunun fərqli şəkildə həll edilməsi lazım idi. Suaresə verilən 10 matçlıq cəzanın çox olduğunu düşünürəm. Bir ingilis futbolçusu eyni şeyi etsəydi, ona da eyni cəzanın veriləcəyini heç düşünmürəm. Bizimlə yerli oyunçuların müqayisəsinin fərqini anlaya bilərsiniz”.
Qeyd edək ki, Luis Suares daha əvvəl “Mançester Yunayted”in müdafiəçisi Patris Evraya irqçi ifadəsi işlətdiyi üçün 8 oyunluq cəzalanmışdı.

0
0