Vilanova növbəti mövsümdə də “Barselona”nı çalışdıracaq
25.04.2013 - 21:24
Vilanova növbəti mövsümdə də “Barselona”nı çalışdıracaq
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Bavariya”ya 4:0 hesabı ilə məğlub olan “Barselona”nın baş məşqçisi Tito Vilanova növbəti mövsümdə də komandasının “sükanı arxası”nda olacaq. Apasport.az saytının məlumatına görə, bu haqda Kataloniya təmsilçisinin vitse-prezidenti Xosep Mariya Bartomeu açıqlama verib.

O, 44 yaşlı çalışdırıcıya inandıqlarını ifadə edib: “Vilanova növbəti mövsümdə də bizimlə bir yerdə olacaq. O, “Barselona”nın baş məşqçisi kimi yenidən komandanı çalışdıracaq. Biz Titoya inanırıq. Bu mərhələdə komandanı qəbul etmək çətindir idi. Lakin o, bu məsələnin öhdəsindən gəldi”.

Qeyd edək ki, Tito Vilanova ötən mövsüm “Barselona”dan ayrılan Xosep Qvardiolanın köməkçisi olub. Pepin gedişindən sonra isə rəhbərlik komandanı ona tapşırıb.