Lukaş Pişek “Real”la oyunu buraxa bilər
26.04.2013 - 00:36
Lukaş Pişek “Real”la oyunu buraxa bilər
Dortmund “Borussiya”sı təcrübəli müdafiəçisi Lukaş Pişeki itirib. Apasport.az saytının məlumatına görə, Almaniya klubu ötən gün Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Real”la (4:1) görüşdə ciddi zədələnib.

Bu haqda dortmundluların baş məşqçisi Yurgen Klopp məlumat verib. O, polşalı futbolçunun əzələsinin dartıldığını bildirib.

Klopun sözlərinə görə, 27 yaşlı oyunçunun “Kral klubu” ilə cavab matçında meydana çıxması hələ ki sual altındadır. Onun oyunda iştirak etməsi, “Real”la qarşılaşma günü müəyyənləşəcək. Lakin Yurgenin Almaniya Bundesliqasının qarşıdakı ilk matçında Lukaşın xidmətindən yaralanmayacağı dəqiqdir.