Aleksi keçib, “Fənərbaxça”nın tarixinə düşdü
26.04.2013 - 01:41
“Fənərbaxça”nın təcrübəli qapıçısı Volkan Dəmirəl komandanın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, “sarı bülbüllər”in kapitanı Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Benfika” (1:0) ilə qarşılaşmada İstanbul klubunun heyətində yeni rekord müəyyənləşdirib.
Türkiyə millisinin üzvü Portuqaliya təmsilçisi ilə görüşdə avrokubok oyunlarında 62-ci matçına çıxıb. Bununla da, o, “Fənərbaxça”nın braziliyalı sabiq futbolçusu Aleks de Souzanı keçərək, yeni rekorda imza atıb.
Qeyd edək ki, Aleks “Fənər”in heyətində avrokubok oyunlarında 61 matçda forma geyinib.

0
0