Aykut Kocaman: İstədiklərimizin bir çoxu gerçəkləşdi
26.04.2013 - 02:43
“Bizim üçün ən yaxşısı qol buraxmamağımız idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Benfika”nı 1:0 hesabı ilə məğlub etmələrinə şərh verib: “Bu mərhələni keçmək, bizim üçün önəmlidir. İlk sınaqda qapımızı toxunulmaz saxladıq. Matçın əvvəlində düşündüyümüz hadisələr reallaşdı. İstədiklərimizin bir çoxu gerçəkləşdi. Amma “Benfika” güclü bir komandadır. Burada fiziki güc çox əhəmiyyətlidir. Fərqi ortaya qoyan da, elə bu olur. Oyunçularımız böyük səy göstərdi. Turu keçməyimiz hələ ki naməlumdur. Hazırda az da olsa, öndəyik. Nə olursa-olsun futbolçularımla qürur duyuram”.

0
0