“Benfika”nın seriyasına son qoyuldu
26.04.2013 - 03:10
Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Şükrü Saracoğlu” stadionunda “Fənərbaxça”ya 1:0 hesabı ilə uduzan “Benfika”nın məğlubiyyətsizlik seriyasına son qoyulub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında 23 oktyabr 2012-ci tarixində Moskva “Spartak”ına 2:1 hesabı ilə uduzandan sonra Portuqaliya klubu 38 rəsmi matçda rəqiblərinə boyun əyməyib.
39-cu görüşündə “sarı bülbüllər”ə uduzan “Benfika” 31 dəfə qələbə qazanıb və 7 oyunda meydandan bərabərliklə ayrılıb.
Bunundan başqa, “Fənər” Portuqaliya klublarına qarşı 4-cü qalibiyyətini də əldə edib.
Qeyd edək ki, İstanbul klubu portuqaliyalılarla 7 dəfə üz-üzə gəlib.

0
0