Rafael Benites hakimin qərarı ilə razılaşmır
26.04.2013 - 04:04
“Biz yaxşı komandaya qarşı oynadıq. Hər kəs oyunun hansı tempdə keçdiyini gördü”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Çelsi”nin baş məşqçisi Rafael Benitesə məxsusdur.
İspaniyalı çalışdırıcı Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Bazel”i 2:1 hesablı məğlub etmələrindən sonra oyun haqda fikirlərini bildirib: “Komandam çox qol epizodu yaratdı, amma sürpriz penalti oldu. Axı o görüşün nəticəsini dəyişdirə bilirdi. Mən anlamadım ki, hakim nə üçün bizim qapımız penalti təyin etdi. Referi çox qəribə bir qərar verdi. Lakin buna baxmayaraq, biz iki qol vurub, görüşdən qalib ayrıldıq”.

0
0