“Fənərbaxça”nın 2 futbolçusu cəzalandı
26.04.2013 - 05:25
“Fənərbaxça”nın futbolçuları Mehmet Topal və Piyer Vebo Avropa Liqasının yarımfinal mərhələsinin “Benfika” ilə cavab oyununda meydana çıxmayacaqlar. Apasport.az saytının məlumatına görə, buna səbəb hər iki oyunçunun “Şükrü Saracoğlu” stadionunda Portuqaliya klubu ilə keçirilən ilk matçda sarı vərəqə ilə cəzalanmasıdır.
Belə ki, Türkiyə millisinin yarımmüdafiəçisi görüşün 50-ci dəqiqəsində rəqib komandanın futbolçusuna qarşı kobudluq edib. Qarşılaşmanın baş hakimi Milorad Maziç isə Topalı cəzalandırıb. Serbiyalı referi Veboya isə 90-cı dəqiqədə sarı vərəqə göstərib.
Qeyd edək ki, “Fənərbaxça” “Benfika”nı 1:0 hesabı ilə məğlub edib.

0
0