4-cü qələbə üçün
26.04.2013 - 09:27
Sabah Topaz Premyer Liqasında sonuncu dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, final mərhələsinin II dövrəsində baş tutacaq 5 tur komandalar arasında 4-cü oyunlarla əlamətdar olacaq.
Keçiriləcək 30 qarşılaşmadan 5-də tərəflərdən biri rəqibini 4-cü dəfə məğlub etməyə çalışacaq. Belə ki, 5 cütdə 1 komanda rəqibini artıq 3 dəfə məğlub edib. Eyni komandadan 9 xal alanların 2-si ilk, 3-ü ikinci “altılıq”dadır.
Mükafat iddiasında olanlardan “Qarabağ” “Neftçi”ni (2:1, 1:0, 1:0), sonuncular isə “Simurq”u (2:0, 2:1, 1:0) xala həsrət qoyub. İkinci “altılıq”da isə “Xəzər Lənkəran” (4:0, 2:1, 1:0), “Turan” (5:1, 2:1, 1:0) və AZAL (3:0, 3:1, 2:0) eyni komandadan 9 xal qoparıb. Onların hamısı “Kəpəz”ə qənim kəsilib. Sabah start götürəcək son dövrədə bu 5 cütdə kimin rəqibindən 12 xal alacağı müəyyənləşəcək.

0
0