“Kim istəməz ki, Falkao, Arda kimi ulduzlara qarşı oynamasın?”
26.04.2013 - 10:07
“Hələ mənə “All Star of Azerbaijan”dan dəvət gəlməyib”. Bunu apasport.az saytına “Qəbələ”nin kapitanı Rəşad Abdullayev deyib.
Aprelin 30-da “Atletiko” ilə azərbaycanlı futbolçulardan ibarət komanda arasında yoldaşlıq görüşü keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada yerli futbolçulardan kimlərin oynayacağı böyük maraq doğurur. Məntiqlə “All Star of Azerbaijan”ın tərkibinin əsasən yığma üzvlərindən olacağını ehtimal etmək olar.
Ancaq bəzi futbolçular var ki, yaxşı oyunları fonunda hələ də yığmadan kənarda qalıb. Buna “Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Abdullayevi misal göstərmək olar. Təcrübəli futbolçunun özü də bu futbol bayramının bir hissəsi olmaq istəyir: “Çox istərdim ki, “Atletiko” kimi dünya şöhrətli komandaya qarşı mən də oynayım. Klubdan icazə versələr, məmnuniyyətlə həmin qarşılaşmada çıxış etmək istərdim. Kim istəməz ki, Radamel Falkao, Arda Turan kimi ulduzlara qarşı oynamasın? Belə qarşılaşmalar nadir hallarda keçirilir və tarixdə qalır. Bu üzdən mənə dəvət gəlsə, sevə-sevə orda iştirak edərəm”.
Səbuhi TOFİQOĞLU

0
0