“Qəbələ” “Ayaks”la heç-heçə etdi
26.04.2013 - 10:03
“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası Hollandiya təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, təmsilçimiz nəzərdə tutulduğu kimi dünən “Ayaks”la qarşılaşıb.
Amsterdam klubu “Qəbələ” önünə 14 və 15 yaşdan ibarət qarışıq oyunçuları ilə çıxıb. Heyətdə məşhur futbolçu Patrik Klyuyvertin oğlu da “qırmızı-qaralar”a qarşı çıxış edib. “Qəbələ” fasiləyə Rövlan Muradovun qolu ilə öndə yollansa da, ikinci yarıda hollandların tarazlığı bərpa etməsinə mane ola bilməyib. Beləliklə, görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, yaydan fəaliyyətə başlayacaq akademiyanın yeni direktoru Stenli Brardın vasitəçiliyi ilə baş tutan toplanışda “Qəbələ” U-15-i bundan öncə “Brügge”ni yenməyi (2:0) bacarmışdı. Həmin vaxt da qollardan birini Rövlan Muradov vurmuşdu.

0
0