Rahid Əmirquliyev Mario Souzaya və Zaur Ramazanova çatdı
26.04.2013 - 10:14
Rahid Əmirquliyev Mario Souzaya və Zaur Ramazanova çatdı
Ölkə kubokunun yarımfinal mərhələsinin “Bakı” ilə cavab oyunu (2:0) “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi bu görüşdə meydana çıxmaqla rekord müəyyənləşdirib.

“Xəzər Lənkəran”ın heyətində ən çox oyun keçirən futbolçu kimi rekorda malik müdafiəçi 35-ci kubok oyununa çıxıb. Bununla da o, klub rekordunu müəyyənləşdirib. Bunadək Alim Qurbanovla şərikli rekorda (34 oyun) sahib olan Əmirquliyev sabiq komanda yoldaşını arxada qoyub.

Kapitan komandasını finala çıxaran topa imza atmaqla rəqib qapılarına vurduğu qollarının sayını 26-ya çatdırıb. Bununla da Rahid braziliyalı Mario Souzaya çatıb. Yalnız klubun 2 ən yaxşı bombardiri – Zaur Ramazanovla Samir Əliyevdən geri qalan kapitan hazırda 3-cü pilləyə şərikdir.

“Xəzər Lənkəran” tarixinin ən yaxşı 5 bombardiri

1
Zaur Ramazanov
44
2
Samir Əliyev
34
3-4
Rahid Əmirquliyev
26
Mario Souza
26
5
İvan Tsvetkov
24

Vurduğu qolların 6-nı kubokda rəqib qapısından keçirən Əmirquliyev bu yarışdakı bombardirlərimiz sırasında da 3-cü pilləyə şərik olub. Burda o, Ramazanova da çatıb.

Kubokda 5 və daha çox qol vuran “Xəzər Lənkəran”lılar

1
Vüqar Nadirov
13
2
Samir Əliyev
9
3-6
Rahid Əmirquliyev
6
Rəşad Abdullayev
6
Zaur Ramazanov
6
Xorxe Dias
6
7
Mario Souza
5

Mənbə: lankaranfc.com